Bu gün

Bu metro stansiyalarında bank kartı ilə ödəniş mümkün olacaq

Bakı metropolitenində rəqəmsal ödəniş imkanları genişləndirilib.

Təhlil.az QSC-nin məlumatına istinadla xəbər verir ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş edə etmək mümkün olacaq.

Bildirilib ki, yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.

“Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz”, - deyə məlumatda qeyd edilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?