Bu gün

Xankəndi, Ağdərə və Xocalı sakinlərinin istifadəsinə verilən ev və mənzillərin sayı açıqlanıb

Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərcicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır.

Təhlil.az Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadla xəbər verir ki, bunu Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfransında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

O qeyd edib ki, hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb.

"Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır. Bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub", - deyə E.Yusubov qeyd edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?