Bu gün

Rusiya səfiri Zəngəzur dəhlizi barədə danışıb

Diplomatik korpusun üzvləri ilə birlikdə Zəngilanda səfərdə olan Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Zəngəzur dəhlizi barədə danışıb. Təhlil.az xəbər verir ki, Yevdokimov deyib:

"Yolun uzunluğu 44 kilometrdir. Rusiyanın dəmir yolu tikintisi üzrə mütəxəssisləri bu məsafəni piyada qət ediblər. Dəmir yolu tunelləri dağıdılmadığı üçün bərpa işlərini təxminən iki ilə tamamlamaq mümkündür. Sadəcə dəmir yolu kompleksinin yenilənməsi lazımdır”.

O qeyd edib ki, yolun kim tərəfindən və hansı üsulla bərpa olunması o qədər də önəmli deyil. Əsas məqsəd onun tezliklə istifadəyə verilməsi olmalıdır.

“Bu yol təkcə Azərbaycan və Ermənistan arasında münasibətləri möhkəmləndirməyəcək, həm də regionda iqtisadi əlaqələrin inkişafına təkan verəcək”, - deyə, Yevdokimov vurğulayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?