Bu gün

Azərbaycanda doğum səviyyəsi azalır

Ölkədə doğum səviyyəsi son illərdə davamlı şəkildə aşağı düşür.

Təhlil.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2015-ci ildə 166 min uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm cəmi 102 minə enib.

2025-ci ilin ilk səkkiz ayında isə cəmi 63 698 körpə dünyaya gəlib – bu da ötən illə müqayisədə 4 400 nəfər azdır.

Mütəxəssislər bildirir ki, azalan doğum göstəriciləri yaxın illərdə məktəblərdə siniflərin “seyrəlməsinə” və müəllimlərin sayının ixtisarına səbəb ola bilər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?