Bu gün

DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də növbəti imtahan təşkil edəcək.

Təhlil.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov 50, TÜRKPA-nın yanı) və Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahanın müddəti 1 saat olacaq.

Namizədlər nəticələrlə imtahan bitdikdən dərhal sonra, həmçinin növbəti gün DİM-in saytında tanış ola biləcəklər.

İştirakçılar imtahana “Buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsi ilə gəlməlidirlər. Sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda sürücülərin etik davranışı və sərnişindaşıma qaydaları üzrə 20 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar nəticəyə təsir etmir. 10 və daha çox bal toplayanlar imtahanı müvəffəqiyyətlə keçmiş sayılacaq və 7 il müddətinə etibarlı şəhadətnamə alacaqlar.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?