Əraqçi: "Sərhədlərin açılması Azərbaycanla münasibətlərdə əsas mövzulardandır"

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, sərhədlərin açılması məsələsi Azərbaycan Respublikası ilə münasibətlərdə əsas mövzulardan biridir.
Təhlil.az xəbər verir ki, nazirin sözlərinə görə, son bir ildə ölkə liderləri və rəsmilər arasında keçirilən bütün görüşlərdə bu məsələ gündəmdə olub:
“Son bir ildə Prezidentlə Azərbaycan Prezidenti arasında keçirilən hər görüşdə, eləcə də Azərbaycan xarici işlər naziri və digər rəsmilərlə müzakirələrdə sərhəddə sərnişin daşınmasının dayandırılması məsələsi qaldırılıb. Azərbaycan bütün sərhədlərinin bağlı olduğunu və bunun yalnız İrana aid olmadığını bildirir. Lakin Azərbaycan Respublikası bu məsələni yenidən nəzərdən keçirəcəyinə söz verib və biz hələ də gözləyirik”, – deyə, Əraqçi özünün "Telegram" kanalında yazıb.