95 milyardlıq nəticə – Azərbaycan iqtisadiyyatının yeni zirvəsi - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə Ümumi Daxili Məhsul istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% və ya 2,4 milyard manat artaraq 95,2 milyard manata yüksəlib.
Qeyd edək ki, son 5 ilin ilk 9 ayı üzrə ən yüksək ÜDM istehsalı həcmi 2022-ci ildə qeydə alınıb və həmin dövrdə bu göstərici 98,1 milyard manata bərabər olub.
2023-cü ilin ilk 9 ayında bu göstərici 7,4% və ya 7,2 milyard manat azalaraq 90,8 milyard manata ensə də, 2024 və 2025-ci illərdə ÜDM istehalının həcmi artan templə davam edib.
Məlumat üçün bildirək ki, son 5 ilin ilk 9 ayı üzrə an az ÜDM istehsalı 2021-ci ilə təsadüf edib və bu, pandemiya ilə bağlı mövcud olan məhdudiyyətlərlə əlaqədar olub. Həmin ilin ilk 9 ayında ÜDM istehsalının həcmi cəmi 62,9 milyard manat təşkil edib.
.png)
Son 5 ilin ilk 9 ayında adambaşına düşən ÜDM həcminə diqqət etsək, rəqəmlərin artım və azalma sırasının qrafikə uyğun olduğu görərik.
Belə ki, adambaşına düşən ÜDM həcminin ən yüksək həddi 2022-ci ilin ilk 9 ayında qeydə alınıb. Həmin dövrdə ölkədə adambaşına düşən ÜDM həcmi 9 748,9 manat olub.
Cari ilin yanvar-sentyabr aylarında isə ölkədə adambaşına düşən ÜDM həcmi 9 300,3 manat təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətən 2,2% və ya 197,4 manat çoxdur.
.png)
İqtisadi fəaliyyət sahələri üzrə ÜDM istehsalına baxsaq, görərik ki, ÜDM istehsalının əsas pay sahibi (34,24% və ya 32,6 milyard manat) sənaye sahəsidir.
ÜDM istehsalının 10,5%-ni və ya 10 milyard manatını təşkil edən ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi ikinci sırada yer alıb.
Məhsula və idxala olan xalis vergilər ÜDM istehsalının 9,56%-ni və ya 9,1 milyard manatını təşkil etməklə üçüncü yerdə qərarlaşıb.
Bu o deməkdir ki, cari ilin ilk 9 ayında ilk üçlükdə yer alan sahələr ümumilikdə ÜDM istehsalının 60%-ni və ya 51,7 milyard manatını təşkil edib.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin cari ilin ilk 6 ayı ilə bağlı rəsmi rəqəmlərinin müqayisəsi göstərir ki, hesabat dövründə ÜDM həcmi ən yüksək olan ölkə Azərbaycan olub.
Rəqəmlərlə ifadə etsək, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda ÜDM istehsalı həcmi 36,5, Gürcüstanda 16,9, Ermənistanda isə 12,2 milyard dollar təşkil edib.
Bu isə o deməkdir ki, cari ilin ilk 6 ayında Azərbaycanın ÜDM həcmi Gürcüstanın göstəricisindən 2,2, Ermənistanın göstəricisindən isə 3 dəfə çox olub.
.png)