Bu gün

Azərbaycan və Özbəkistan XİN rəhbərləri arasında görüş keçirilib

Səmərqənddə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Səidov arasında görüş baş tutub.

Təhlil.az xəbər verir ki, tərəflər ticarət, nəqliyyat, enerji, təhsil və mədəni mübadilə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirmək istiqamətində birgə səyləri davam etdirmək barədə razılıq əldə olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?