Bu gün

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi üzrə qeydiyyat başlayır.

Təhlil.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, oktyabırın 29-dan başlayan qeydiyyat prosesi noyabırın 4-ü saat 17:00-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatdan 29 avqust 2025-ci il tarixində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 45-60 bal aralığında nəticə göstərmiş namizədlər keçə bilərlər.

Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.

Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin olunacaqlar.

Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməsi mütləqdir.

Namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?