Bu gün

Ağdam Sənaye Parkı ilə tanışlıq

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfdən Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik etdikləri nümayəndə heyəti Ağdam Sənaye Parkının infrastrukturu və rezident müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Təhlil.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, qonaqlara sənaye parkında yaradılan infrastruktur, rezidentlər üçün tətbiq olunan dəstək mexanizmləri, logistika imkanları, habelə hazırda fəaliyyət göstərən və işə salınması planlaşdırılan istehsal sahələri barədə ətraflı məlumat verildi.

Tərəflər sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması ilə bağlı perspektivləri müzakirə ediblər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?