Bu gün

Azərbaycan və Çin Sian arasında birbaşa aviareys müzakirə olunur

Azərbaycan ilə Çin arasında birbaşa hava əlaqəsinin yaradılması, həmçinin süni intellekt və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Təhlil.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində məlumat verib.

Nazir bildirib ki, görüş Çinin Sian şəhərinin meri Ye Niupinq ilə keçirilib.

“Görüş zamanı Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edildi. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılmasına qərar verildi”, – Rəşad Nəbiyev qeyd edib.

Görüş zamanı tərəflər rəqəmsallaşma, logistika və yeni texnologiyalar üzrə ortaq layihələrin reallaşdırılması barədə də fikir mübadiləsi aparıblar.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?