Bu gün

Marafon başlayır: 627 mənzil güzəştlə satışa çıxarılacaq

“Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşən ümumilikdə 627 mənzilin güzəştlə satışını elan edib.

Təhlil.az xəbər verir ki, agentliyin məlumatına əsasən, satış prosesi 3 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il saat 11:00-dək davam edəcək.

Gözləmə qaydasında mənzillərin seçimi isə 9–12 dekabr 2025-ci il tarixlərində həyata keçiriləcək.

Mənzillərin əldə olunması yalnız “Güzəştli mənzil” sistemi (www.e-gov.az portalı üzərindən) vasitəsilə elektron qaydada mümkün olacaq.

Qeyd olunub ki, elektron kabinetə malik bütün vətəndaşlar, qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzil seçimi zamanı bərabər hüquqa malikdirlər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?