Bu gün
Tacikistanın Ali Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycanda

Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Təhlil.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.