Bu gün

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 5 il ötür

Bu gün Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il keçir.

Təhlil.az xəbər verir ki,  2020-ci il oktyabrın 28-də Ermənistan ordusu beynəlxalq humanitar hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edərək Bərdə şəhərinə raket zərbələri endirib. Nəticədə aralarında uşaqlar və qadınlar da olmaqla 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə çoxsaylı yaşayış evləri, mülki infrastruktur obyektləri və nəqliyyat vasitələri tamamilə dağılıb və ya ciddi zərər görüb.

Bu hücum beynəlxalq ictimaiyyət tərəfindən mülki əhaliyə qarşı açıq terror aktı kimi qiymətləndirilib. Bərdə faciəsi Vətən müharibəsi dövründə ən ağır itkilərin yaşandığı günlərdən biri kimi yadda qalıb.

Bundan əlavə, oktyabrın 28-dən noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun şəhər, qəsəbə və kəndlərini də artilleriya və raket atəşinə tutub. Nəticədə geniş dağıntılar baş verib, onlarla mülki şəxs həlak olub və yaralanıb.

Məktəblər, xəstəxanalar, inzibati binalar və dövlət obyektləri də daxil olmaqla minlərlə mülki infrastruktur ya zədələnib, ya da tamamilə dağıdılıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?