Həkimə getmək asanlaşır- qəbul onlayn növbə ilə olacaq - YENİLİK

Azərbaycanda poliklinikalarda elektron növbə sistemi tətbiq olunur
Təhlil.az xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun sözlərinə görə, hazırda ölkə üzrə poliklinikalarda elektron növbə sisteminin qurulması istiqamətində işlər aparılır.
Layihənin məqsədi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq, canlı növbələri minimuma endirmək və qəbul prosesini optimallaşdırmaqdır. Sistem vasitəsilə pasiyentlər onlayn və ya yerində növbə götürərək həkim qəbuluna yazıla biləcəklər.
Hazırda paytaxt və regionlarda yerləşən 40 tibb müəssisəsində növbə terminalları və monitorlar quraşdırılıb. İlin sonuna qədər elektron növbə sistemi bütün poliklinikalarda tətbiq ediləcək.
Anar İsrafilov əlavə edib ki, Yeni Klinikada artıq onlayn randevu sistemi fəaliyyət göstərir və gələcəkdə bu model bütün tibb müəssisələrinə mərhələli şəkildə şamil olunacaq.