Dünən
Xorvatiyada hərbi xidmət yenidən məcburi olacaq

Xorvatiya Parlamenti ilin sonunadək məcburi hərbi xidmətin bərpasını təsdiqləyib.
Təhlil.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, hərbi xidmətin müddəti 2 ay olacaq və hər il təxminən 4 000 nəfər orduya çağırılacaq.
Xatırladaq ki, Xorvatiyada məcburi hərbi xidmət 2008-ci ildə ləğv edilmişdi, ordu isə tam peşəkar əsaslara keçmişdi.