Dünən
Almaniya Ukraynaya 60 milyon avro ayıracaq

Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib ki, Almaniya Enerjiyə Dəstək Fonduna 60 milyon avro ayıracaq. O, bunu özünün teleqram kanalında bildirib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, bu vəsait ölkənin kritik infrastrukturunun dayanıqlılığını gücləndirməyə yönəldiləcək.
Y.Sviridenko vurğulayıb ki, bu qərara görə Almaniyanın enerji naziri Katerina Rayheyə təşəkkür edib.
Ukraynanın Baş naziri, həmçinin tərəflərin enerji üzrə birgə işçi qrupunun yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi barədə razılaşdıqlarını vurğulayıb.
"Dekabrda Berlində Ukrayna-Almaniya biznes forumu keçiriləcək. Bu da şirkətlərimiz arasında yeni tərəfdaşlıqlar üçün səmərəli platforma ola bilər", - Y.Sviridenko qeyd edib.