Bu gün

“Eternity-2025” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Türkiyənin Qars vilayətində Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2025” üçtərəfli kompüter dəstəkli komanda-qərargah təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü” baş tutub.

Tədbirdə iştirak edən nümayəndələrə təlimin gedişi, tərəflər arasında əməliyyat qarşılıqlı fəaliyyəti, eləcə də regional təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsi istiqamətində görülən işlər təqdim olunub.

Təlimin əsas məqsədi – Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, birgə qərar qəbuletmə və əlaqələndirmə bacarıqlarını artırmaqdır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?