Bu gün
Laçının Qorçu qəsəbəsində söküntü işlərinə başlanılır

Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsində söküntü işlərinə start verilib.
Təhlil.az-ın məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bu istiqamətdə müvafiq hazırlıq mərhələsini yekunlaşdırıb.
Layihənin icrası “El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edilib və bu məqsədlə tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətə 1,059 milyon manat məbləğində vəsait ödənilib.
“El-Seym İnşaat” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 152 min manat olan şirkətin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.