Bu gün

Dövlət Komitəsinin aparat rəhbəri vəfat edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

Təhlil.az xəbər verir ki, o, bu gecə ürəktutmasından dünyasını dəyişib.

Nəriman Əhmədağa oğlu Qurbanov 1960-cı il oktyabrın 20-də Bakıda anadan olub. O, müxtəlif illərdə dövlət idarəçiliyində məsul vəzifələrdə çalışıb, son olaraq Komitənin Aparat rəhbəri və dövlət qulluğunun baş müşaviri vəzifəsini icra edirdi.

Qurbanov görkəmli yazıçı və ssenarist, “Azərbaycanfilm”in baş redaktoru Əhmədağa Muğanlının oğlu idi.

Allah rəhmət eləsin.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?