Dünən

Bağça rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq

2025-ci ildə ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Təhlil.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, qiymətləndirmənin məqsədi — rəhbər heyətin təlim ehtiyaclarını müəyyən etmək, eləcə də nəticələr əsasında onların peşəkar inkişaf proqramlarına cəlb edilməsidir.

Diaqnostik qiymətləndirmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xüsusi proqram təminatı vasitəsilə test imtahanı formasında keçiriləcək.
İştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq:
• “Pedaqoji liderlik” – 25 sual
• “İdarəetmə” – 15 sual
• “Rifah” – 10 sual
• “Pedaqoji etika və əməkdaşlıq” – 10 sual

İmtahanın müddəti 120 dəqiqədir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir və 0 bal hesab olunur. Qeyd edirik ki, diaqnostik qiymətləndirmənin nəticələri rəhbər heyətin əmək münasibətlərinə təsir etmir, yalnız inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Dövlət məktəbəqədər təhsil müəssisələrinin diaqnostik qiymətləndirilməsi 10 şəhərdə yerləşən 12 mərkəzdə, ümumilikdə 1413 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?