Dünən
Gələn il üçün orta aylıq əməkhaqqının məbləği açıqlanıb

2026-cı il üzrə orta aylıq əməkhaqqı göstəricisi 1170,8 manat təşkil edəcək.
Təhlil.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd olunub ki, Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində 2025-ci ilin yanvar-may ayları üzrə açıqlanmış aylıq makroiqtisadi göstəricilər barədə rəsmi statistik məlumata əsasən bu göstərici 1095,0 manat (və ya əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,1 faiz çox) təşkil edib ki, bu da cari vəziyyətdə 2026-cı il üzrə orta aylıq əməkhaqqı göstəricisinin 1170,8 manat təşkil etməsi barədə gözləntilərin əsaslı olduğunu deməyə imkan verir.