Bu gün

2026-cı ildən Laçın Hava Limanına müntəzəm reyslər başlaya bilər

2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm reyslərin həyata keçirilməsinə başlanıla bilər.

Təhlil.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn il "Azərbaycan Hava Yolları" QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?