Bu gün
Simonyan: Azərbaycan və Ermənistan arasında dialoq və qarşılıqlı səfərlər mümkündür

Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 22-də bildirib ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq format çərçivəsində dialoq və qarşılıqlı səfərlər mümkündür.
Təhlil.az xəbər verir ki, o vurğulayıb:
“Azərbaycanın prezidenti Ermənistana gəlsin, bizim rəhbərimiz də ora getsin, mən özüm də Azərbaycana getməyə hazıram”.
“Lakin əvvəlcə saxlanılan şəxslərlə bağlı məsələlər həll olunmalıdır: əsirlər və girovlar hələ də mövcuddur”, - Simonyan deyib.
O, Azərbaycanın parlament sədri ilə görüşünü müsbət qiymətləndirib və sülhə münasibətin konstruktiv olduğunu qeyd edib.
Onun sözlərinə görə, hər iki tərəf istəyir ki, münaqişə birdəfəlik həll olunsun, və gələcəkdə üçüncü qüvvələrin regionu parçalamağa cəhd etməsinə imkan verilməsin.