Bu gün

DİM bu məktəb və mərkəzlərə işə qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 26-da musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanını keçirəcək.

Təhlil.az DİM-in məlumatına istinadla xəbər verir ki, imtahan mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) keçiriləcək.

İmtahan vermək üçün 117 nəfər müraciət edib.

İmtahan saat 11:00-da başlanacaq və saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Hazırda DİM-in internet saytından buraxılış vərəqəsini çap etmək mümkündür. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?