Bu gün

2025-ci ilin 9 ayında 119 min yeni sosial ödəniş təyinatı aparılıb - RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 502 min nəfərə sosial müavinət, 402 min nəfərə isə Prezidentin aylıq təqaüdü ödənilib.

Təhlil.az xəbər verir ki, 9 ayda əhaliyə 861 milyon manat sosial müavinət, 551 milyon manat isə Prezident təqaüdləri üzrə vəsait köçürülüb.

Qurumun açıqlamasında qeyd olunur ki, bu dövrdə 119 min yeni sosial ödəniş təyinatı həyata keçirilib. Ümumilikdə isə 2019-cu ildən bəri 840 min müavinət və təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Nazirlik bildirir ki, elektron təyinat mexanizmi və sosial ödənişlərin avtomatlaşdırılması vətəndaş məmnunluğunun artmasına, şəffaf və operativ xidmətlərin təmin edilməsinə xidmət edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?