Bu gün

Bakıda avtomobil partladı: xəsarət alan var

Bakının Qaradağ rayonunda avtomobildə partlayış baş verib.

Təhlil.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Məlumat aldıqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə yerində aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayış baş verib.

Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürənlər hadisə yerində təhlükəsizlik tədbirləri həyata keçiriblər. Hadisənin səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?