Bu gün

DİN: “Radar cəza vasitəsi deyil, insan həyatını qoruyan mexanizmdir”

Daxili İşlər Nazirliyi (DİN) sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Təhlil.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması DİN-in əsas prioritet istiqamətlərindəndir.

Qurumdan bildirilib ki, baş verən qəzaların əksəriyyəti sürət həddinin aşılması və məsuliyyətsiz davranışlardan qaynaqlanır:
“Radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi hallar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?