Bu gün

Simonyan Sahibə Qafarova ilə görüşün nəticələrindən danışıb

Ermənistan parlamentinin sədri Simonyan azərbaycanlı həmkarı Qafarova ilə görüşünü “isti və pozitiv” kimi qiymətləndirib.

“Sülh təkcə bizim qəlbimizdə deyil, təkcə bizim qavrayışımızda deyil, həm də Azərbaycan tərəfinin idrakındadır”, - o qeyd edib.

Təhlil.az-ın məlumatına görə, Simonyan vurğulayıb ki, tərəflər müzakirələr aparmaq və gələcək addımlar üçün konkret mexanizm təklif etmək barədə razılığa gəliblər.

İki ölkənin parlament sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?