Bu gün

Nazir: Azərbaycan Estoniya ilə münasibətləri dostluğa, qarşılıqlı hörmətə əsaslanan təmaslar kimi görür

Azərbaycan Estoniya ilə münasibətləri dostluğa, qarşılıqlı hörmətə və etimada əsaslanan təmaslar kimi görür və bu istiqamətdə fəaliyyət göstərir.

Təhlil.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahka ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.

O bildirib ki, 2024-cü ildə ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. “Görüş zamanı 2026-cı ilin ilk yarısında növbəti məsləhətləşmənin Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub”, - deyə C.Bayramov əlavə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?