Bu gün

Xudat şəhərinin Baş planı təsdiqlənib

“Xudat şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı”nın təsdiq edilib.

Təhlil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi əsasında qəbul edilib və plan sənədinə əlavə olunub. Baş plan şəhərin ərazi təşkili, tikinti və infrastruktur sahəsində gələcək inkişafını müəyyən edən əsas sənəddir.

Qeyd edək ki, təsdiqlənmiş Baş plan Xudat şəhərinin növbəti illərdə ərazi planlaşdırılması, infrastrukturun yenilənməsi, yaşayış sahələrinin genişləndirilməsi və digər şəhərsalma tədbirlərini əhatə edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?