Bu gün

Taksi sürücülərinin imtahan qaydaları dəyişir? - RƏSMİ

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün keçirilən imtahanın məzmununda dəyişiklik planlaşdırılmır.

Təhlil.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qurumdan bildirilib ki, imtahan sualları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən xüsusi hazırlıq proqramına uyğun hazırlanır:

“Hazırda imtahanın məzmunu ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur. Xüsusi hazırlıq proqramı, qaydası və müddəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib.”

DİM-dən o da qeyd olunub ki, xüsusi hazırlığı tamamlayan şəxslərin məlumatları müvafiq qurumlar tərəfindən mərkəzə təqdim olunur və bu şəxslər mümkün olan ən yaxın vaxtda imtahana cəlb edilir.

Xatırladaq ki, yaxın günlərdə Baş nazir Əli Əsədovun imzaladığı qərarla Bakı şəhərində taksi minik avtomobilləri üçün icazələrin sayına məhdudiyyət tətbiq edilib. Qərara əsasən, paytaxt üzrə taksi fəaliyyətinə veriləcək icazələrin maksimal sayı 25 min olaraq müəyyən edilib.

Yeni qaydalar paytaxtda taksi sektorunun tənzimlənməsi, təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması məqsədi daşıyır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?