Bu gün

Heydər Əliyev Mərkəzində incəsənət həftəsonunda caz konserti keçiriləcək

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsinin açılış tədbirlərinin ardından caz konserti təşkil olunacaq.

Təhlil.az xəbər verir ki, konsertdə ABŞ-dən əfsanəvi Şeril “Pepsii” Rayli (Cheryl "Pepsii" Riley) ilə “Interplay” qrupunun ifasında “R&B” və caz improvizasiyalarının unikal sintezindən ibarət proqram təqdim ediləcək.

Şeril “Pepsii” Rayli (Cheryl "Pepsii" Riley) və “Interplay” qrupu paytaxtımızda 20-ci Bakı Caz Festivalı günləri çərçivəsində çıxış edir. Heydər Əliyev Mərkəzində təşkil ediləcək konsert 20-ci Bakı Caz Festivalının bağlanış tədbiri olacaq.

Bruklində doğulan Şeril karyerasına fiziki məhdudiyyətli uşaqlara qulluq edən tibb bacısı kimi başlayıb. O, “Thanks for My Child” adlı duyğulu ballada ilə beynəlxalq şöhrət qazanıb. Bu mahnı 1988-ci ildə Billboard R&B çartında birinci yerədək yüksəlib. O, güclü səsi və səmimi ifası ilə yanaşı, həm də aktrisa kimi tanınır.

“Interplay” əməkdaşlıq və yaradıcılıq ruhunu təcəssüm etdirən, caz və sərbəst improvizasiyaları sintez edən triodur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?