Bu gün

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, vəziyyəti stabildir

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində bu gün mina hadisəsi baş verib.

Təhlil.az bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına istinadla xəbər verir.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı, 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinov xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyadaəleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib, vəziyyəti stabildir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?