Bu gün

AZAL təyyarəsi texniki nasazlığa görə Sankt-Peterburqa geri qayıdıb

Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Airbus A320” tipli təyyarə Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 reysini yerinə yetirərkən texniki səbəbdən geri qayıtmalı olub.

Təhlil.az xəbər verir ki, uçuş zamanı təyyarənin şassisində yaranan nasazlıq səbəbindən kapitan uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Pulkovo hava limanına eniş etməyə qərar verib.

Ekipaj bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf edib və lazımi tədbirləri həyata keçirib. Hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxsa da, xəsarət alan olmayıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə edilib.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün AZAL tərəfindən digər təyyarə göndərilib. Aviaşirkət sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkür edib, həmçinin Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını bildirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?