Bu gün
Azərbaycan bir sıra ölkələrlə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası 15–16 oktyabr 2025-ci il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Təhlil.az xəbər verir ki, iclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, müxtəlif sazişlər imzalanıb.
Belə ki, Azərbaycan Respublikasının və Uqanda Respublikasının Hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikasının və Somali Federativ Respublikasının Hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.