Bu gün

Həbs olunmuş şəxs tərəfindən Masallıda gizlədilmiş silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Təhlil.az bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.

Faktla bağlı araşdırma aparılır.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?