Bu gün
Qatarda yaranan nazaslıqlarla bağlı işə gecikənlərin nəzərinə

ADY qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə ADY-nin məlumatında bildirilib.
Bildirilib ki, qatarda baş verən gecikmələrlə bağlı vətəndaşlar vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.
Qeyd edilib ki, əgər sərnişin qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edib, çalışdığı yerə təqdim edə bilər.