Bu gün

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidindən 65-ə qaldırılıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?