Bu gün

Naxçıvan Regional Turizm İdarəsi yaradılıb

Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanında qeyd olunub.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin bazasında Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.

Həmçinin Dövlət Turizm Agentliyinin işçilərinin say həddi 165-dən 181-ə, o cümlədən regional turizm idarələri üzrə 88-dən 104-ə çatdırılıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?