Bu gün

TƏBİB əcnəbi vətəndaşlara da tibbi xidmət göstərməyi planlaşdırır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) gələcəkdə yerli əhali ilə yanaşı, xarici vətəndaşlara da tibbi xidmət göstərməyi hədəfləyir.

Təhlil.az xəbər verir ki, bunu TƏBİB-in Strateji İnkişaf Mərkəzinin rəhbəri Murad Mirzəyev Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında deyib.

Onun sözlərinə görə, hazırda ölkə xəstəxanalarında vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün kifayət qədər şərait mövcuddur:
“Artıq növbəti mərhələdə biz əcnəbilərə də xidmət göstərməyi planlaşdırırıq. Bu istiqamətdə ilk addımlar atılıb, ölkədə turizm konsepsiyasının hazırlanması üzərində iş gedir. Dövlət Turizm Agentliyi ilə birgə Tədbirlər Planı hazırlanıb və icraya başlanıb”, – deyə o bildirib.

Murad Mirzəyev əlavə edib ki, hədəf ölkələrin araşdırılması prosesi tamamlanmaq üzrədir:
“Gələn ilin martında həmin ölkələrdən bir qrup medagent və turoperator Azərbaycana dəvət ediləcək. Məqsəd ölkəmizin sağlamlıq turizmi potensialını beynəlxalq səviyyədə tanıtmaqdır”.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?