Bu gün

Xalq artisti Ramiz Quliyev vəfat edib

15.10.2025-ci il tarixində saat 09:30 radələrində Xalq artisti Ramiz Quliyev ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Təhlil.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata əsasən, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub.

Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?