Bu gün

Bakı metrosunda qatarlar dayandı

Bu gün səhər saatlarında Bakı metrosunun bəzi istiqamətlərində qatarların hərəkətində gecikmə qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bu barədə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, problem əsasən Dərnəgül–Nizami istiqamətində yaranıb. Onun sözlərinə görə, bu hissə metroda texniki baxımdan xüsusi ərazi sayılır.

“Nizami və İnşaatçılar stansiyalarının arasında xüsusi maililik mövcuddur. Sentyabrın 15-dən etibarən qatarlar arasındakı intervallar azaldılıb. Bu səbəbdən sərnişinlərdən xahiş edirik ki, hüdud xəttini keçməsinlər və qapıların bağlanmasına mane olmasınlar. İndi hər saniyə çox önəmlidir”, – deyə şöbə rəisi vurğulayıb.

Metro rəsmisi qeyd edib ki, hər hansı qatarın müəyyən stansiyada dayanması və ya sürətini azaltması növbəti qatarların hərəkət qrafikinə təsir göstərir:
“Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar"dan çıxa bilmir. Bu zaman qatarlar arxa-arxaya yığılır. Hazırda yaranmış sıxlıq əsasən "20 Yanvar" stansiyasında müşahidə olunur və vəziyyətin stabilləşdirilməsi üçün tədbirlər görülür.”

Qeyd edək ki, “Bakı Metropoliteni” sərnişinləri təmkinli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?