Bu gün
Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 18-də Bakı-Ağstafa, oktyabrın 19-da isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
ADY-nin məlumatında bildirilib ki, həmçinin sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.