Bu gün
Banqladeşdə fabrikdə yanğın baş verib, 9 nəfər həlak olub

Foto: "Reuters"
Banqladeşin paytaxtı Dəkkədə parça fabrikində yanğın baş verib.
Təhlil.az xəbər verir ki, nəticədə azı 9 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.
Yanğın nəzarət altına alınıb və xilasetmə əməliyyatları aparılır.
Həlak olanların sayının artacağı ehtimal olunur.