Bu gün
Türkiyədə liseyə silahlı hücum: yaralananlar var

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda lisey qarşısında silahlı hücum baş verib.
Təhlil.az xəbər verir ki, Türkiyə mediasının yazdığı məlumata əsasən, insanlara atəş açan şəxs həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olub və hücumu törədən şəxsin valideynləri polis tərəfindən saxlanılıb.
Dəqiqləşdirilmiş məlumata görə, atışma nəticəsində 10 şagird yaralanıb.
Onlardan ikisinin – 16 yaşlı yeniyetmələrin vəziyyəti ağırdır. Bütün yaralılar təcili olaraq yerli xəstəxanalara çatdırılıb və onların müalicəsi davam edir.
Hücum edən şəxs saxlanılıb. İstintaq onun törətdiyi cinayətin motivlərini və silahı haradan əldə etdiyini araşdırır.
Bu gün
Bu gün