Bu gün

Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər

Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər.

Belə ki, hazırda Bakı və Abşeron ərazisində özəl sənaye məhəlləsinin yaradılması ilə bağlı təşəbbüslər var və bununla bağlı müvafiq işlər görülür.

Təhlil.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala, Masallı, Sabirabad dövlət sənaye məhəllələri özəlləşdirilə bilər:

"Bu istiqamətdə də müvafiq işlər görülür. Təşəbbüskarlar artıq bu sənaye məhəllələrinin idarəçiliyini götürə bilərlər.
Özəl sənaye məhəllələrinin kordinasiyası İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək (rezident olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən biznes planların təhlili və s. məsələlər), idarəçilik isə təşəbbüskar tərəfindən həyata keçiriləcək".

"Dövlət tərəfindən təklif edilən vergi və gömrük güzəştlərindən isə investisiya təşviqi sənədi əldə etməklə faydalana biləcəklər", - deyə E. Kazımov vurğulayıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?