Bu gün

Qazaxıstanlı nazir: Qazaxıstan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir

Qazaxıstan region üçün hərtərəfli və dayanıqlı nəqliyyat arxitekturasının mühüm elementi kimi Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir.

Təhlil.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 21-ci iclasında deyib.

"Zəngəzur dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir və Qazaxıstan tərəfindən layihəyə region üçün hərtərəfli və dayanıqlı nəqliyyat arxitekturasının formalaşmasında mühüm element kimi baxılır. Qazaxıstan azərbaycanlı qardaşlarımızın bu təşəbbüsünü dəstəkləyəcək", - nazir qeyd edib.

Nurlan Sauranbayev qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) boyunca konteynerlərin həcmi 2024-cü ilin sonuna qədər təxminən üç dəfə, bu ilin ilk səkkiz ayında isə yenidən iki dəfə artıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?