Bu gün

DÇ-2026: Ukrayna millisi Azərbaycan yığmasına qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirib.

Təhlil.az xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olub. Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?