Dünən

Azərbaycanda ömür uzunluğu artıb, lakin sağlam həyat qısalıb

Azərbaycanda orta ömür uzunluğu artıb. Təhlil.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2024-cü ildə qadınların orta ömür müddəti 79,2 il, kişilərin isə 74,5 il təşkil edib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 78,4 və 73,5 il olub.

Şəhər sakinləri regionlarda yaşayanlardan daha uzunömürlüdür. Qadınlarda bu göstərici 79,3 il, kişilərdə isə 74,6 il olub. Ən yüksək nəticələr Abşeron-Xızı rayonunda qeydə alınıb — qadınlarda 82,1 il, kişilərdə 78,5 il.

Bununla belə, sağlam ömür uzunluğu azalıb: qadınlarda 66,3 il, kişilərdə isə 62,6 il təşkil edib.

Qeyd edək ki, bu göstəricilər əvvəlki illərlə müqayisədə aşağıdır.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?